AZE | RUS | ENG |

Pentaqon: İŞİD geri çəkilir, yaraqlılar kütləvi surətdə təslim olur

Pentaqon: İŞİD geri çəkilir, yaraqlılar kütləvi surətdə təslim olur
İraqın əvvəllər İŞİD terror qruplaşmasının nəzarətində olan ərazisinin 95 faizindən çoxu azad edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ başda olmaqla beynəlxalq koalisiyanın İraq və Suriyada apardığı hərbi əməliyyatlara rəhbərlik edən general Robert Uayt oktyabrın 12-də Bağdadda jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. "Düşmən geri çəkilir və yaraqlılar kütləvi surətdə təslim olur. Onlar uduzduqlarını bilirlər”, - general belə deyib.
Bir qədər əvvəl İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi də mətbuat konfransında oxşar bəyanatla çıxış edərək İŞİD-in hazırda ölkə ərazisinin yalnız 5 faizinə nəzarət etdiyini bildirmişdi. Səfirin sözlərinə görə, 2014-cü ildə qruplaşma İraqın 40 faiz ərazisini nəzarətdə saxlayırdı.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000