AZE | RUS | ENG |


Baş həkim: “Ən çox yayılmış oynaq xəstəliklərindən biri artrit və artrozdur”

Baş həkim: “Ən çox yayılmış oynaq xəstəliklərindən biri artrit və artrozdur”
Bu gün M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib. 
 
APA-nın xəbərinə görə, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov bildirib ki, bu xəstəliyin müxtəlif müalicə üsulları var, artrit oynaqda yaranan iltihabı prosesdir.
 
Onun sözlərinə görə, bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır: "Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur. Dünyada 10 milyonlarla insan artritlərin bu və ya digər növlərdən əziyyət çəkir. Son 20 ildə xəstəliklərin sayı iki dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda insanlarda rast gəlinə bilər. 2016-cı ildə Respublika Klinik Xəstəxanasına 221 xəstə, 2017-ci ilin 9 ay ərzində 142 xəstə müxtəlif mənşəli artrit xəstəliklərindən müalicə alıblar".
 
T. İbadov qeyd edib ki, son illər artrit və artroz ən çox yayılmış oynaq xəstəliklərindən biridir. Onun sözlərinə görə, artrit gənc yaşda, artroz isə 50-60 yaşda başlayır. "Artritin müalicəsində stasionar, bəzən ambulator, artrozlarda isə ambulator müayinədən istifadə edilir. Artritlərdə müalicənin nəticələrinin proqnozu müsbət, artrozda isə xəstəliklərə görə vəziyyət fərqli olur. Artroz ağır dərəcədə olduqda, şikəstliyə kimi gətirib çıxara bilir".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN